Bu gün Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, proses Nəsimi rayon Məhkəməsinin inzibati binasında keçirilsə də, cinayət işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Bakı Hərbi Məhkəməsində böyük zal olmadığı üçün cinayət işinə Nəsimi rayon Məhkəməsinin inzibati binasında baxılıb.
Respublika Hərbi Prokurorluğundan bildirilib ki, Hərbi Dəniz Qüvvələrində aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib və onlarda təqsirli bilinən bir neçə nəfər, o cümlədən vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Şahin Sultanov əvvəlcə həbs edilsə də sonradan məhkəmənin qərarı ilə həbs ev dustaqlığı ilə əvəz edilib.
Hacı Zeynalov