Bakının Nəsimi rayonunda oğurluq edən qadın məsuliyyətə cəlb olunub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zita Zolotoryova tutulub.
Zita Zolotoryovadan 3,72 qram tiryək də götürülüb. O, yanvarın 22-də Lerik rayon sakini Vüsal Babayevin cibindən 47 manatını və sənədini oğurlayıb.
Hacı Zeynalov