2 Fevral 08:15
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis İstanbulun Kocaeli vilayətinin Gebze rayonunda “Procter & Gamble” şirkətinin 7 əməkdaşını girov götürən şəxsi saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Kocaeli vilayətinin qubernatoru Seddar Yavuz məlumat verib.

"Fabrikdə insanları girov götürən şəxs saxlanılıb. Bütün girovlar azad edilib", - deyə Seddar Yavuz bildirib.

Qubernator əlavə edib ki, cinayətkarda silah və partlayıcı kəmər olub.

Qeyd edək ki, dünən günorta Türkiyədə sənaye müəssisəsində fövqəladə hadisə baş verib. İstanbul yaxınlığındakı Kocaeli vilayətinin Gebze rayonundakı fabrikdə girov götürülüb. Silahlı şəxs müəssisəyə basqın edərək işçiləri əsir götürüb. Versiyalardan birinə görə, bu yolla şübhəli Qəzza zolağında baş verənlərə etiraz etməyə cəhd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər