Göyçay şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə hadisə Göyçay şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Göygöl rayon sakini, 1969-cu il təvəllüdlü Rəhimov Etibar Kamal oğlu idarə etdiyi 90-JX-529 dövlət nömrə nişanlı “Hyundai” markalı yük avtomobili ilə yolu keçən piyadanı, Göyçay şəhər sakini 1946-cı il təvəllüdlü Babayev Mirəli Mirhüseyn oğlunu vurub.
Ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Mirəli Babayev orada dünyasını dəyişib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.