6 Mart 14:02
2 659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonunda 1994-cü il təvəllüdlü İlkin əmisi oğlu Əlinin sevdiyi qız, yetkinlik yaşına çatmayan Vəfanın (adlar şərti verilib – red.) cinsi əlaqədə olmasını videoya çəkib, sonra həmin video görüntüləri yaymaqla hədələyərək onu seksual xarakterli hərəkətlər etməyə məcbur edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, İlkin 2022-ci ilin noyabr ayının əvvəllərində yaşadıqları Şamaxı rayonunun kəndi ərazisində həmkəndlisi, yetkinlik yaşına çatmayan Vəfanın əmisi oğlu Əli ilə seksual xarakterli digər hərəkətlər etdiyini görüb.

O, bunu mobil telefonla video çəkiliş apardıqdan sonra həmin gün “İnstagram” sosial şəbəkəsində özünə məxsus hesabdan Vəfaya məxsus hesaba mesaj yazıb, onunla da seksual xarakterli digər hərəkətlər etməsini təklif etsə də, rədd cavabı alıb.

Amma İlkin qeydə aldığı videogörüntü ilə əlaqədar ondan asılı vəziyyətə düşən Vəfaya seksual xarakterli digər hərəkətlərə məcbur etmək qərarına gəlib. Niyyətini reallaşdırmaq üçün 2023-cü ilin fevralın ortalarında, Şamaxı rayonunun kəndində özünün istifadəsində olan “sevgisiz_mecnun_” adlı hesabdan Vəfanın istifadəsində olan “heyat_senilə_” adlı hesaba mesajlar yazıb, əmisi oğlu Əli ilə seksual xarakterli videogörüntünün mobil telefonunda saxladığını bildirib, onunla da seksual xarakterli hərəkətlər etməsini istəyib, razı olmayacağı təqdirdə videogörüntünü valideynlərinə göndərməklə və kənd sakinləri arasında yaymaqla rüsvay edəcəyi ilə hədələyib.

Bu hədələrlə o, Vəfanı seksual xarakterli hərəkətlərə məcbur edib.

“Cinsi əlaqədə olacağını dedi”

İstintaq oranı tərəfindən İlkinin barəsində Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlkin ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, həmkəndlisi Vəfanın əxlaqsız həyat tərzi keçirtdiyini eşitsə də, onun kiminlə və nə vaxt cinsi əlaqədə olmasını bilməyib:

“Əmim oğlu Əli mənə 2022-ci ilin noyabrın əvvəllərində Vəfa ilə “İnstagram” sosial şəbəkəsində mesajlaşdığını dedi. Əlidən yaşca böyük olduğumdan ona Vəfa ilə əlaqəni kəsməsini, gələcəkdə problemlər yarana biləcəyini dedim. Əli isə bir neçə gün sonra, yəni 2022-ci ilin noyabrın əvvəllərində, saat 13 radələrində Vəfa ilə xalası Fatmaya məxsus, heç kimin yaşamadığı evdə cinsi əlaqədə olacağını dedi”.

“İntim hərəkətlər etməyə başladı”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2022-ci ilin noyabrın əvvəllərində, günorta saat 12 radələrindən Fatmaya məxsus evin yaxınlığından keçən zaman Vəfanın evin hasarından aşaraq həyətə daxil olduğunu görüb: “Mən də onun arxasınca hasardan aşaraq həyətə daxil oldum. Həyətdə yerləşən sanitar qovşağın qapısının bağlı olduğunu, içəridənsə səslərin gəldiyini eşitdim. Qapını açmağa cəhd etsəm də, bağlı olduğunu gördüm.

Təxminən 10-15 saniyə sonra Əli sanitar qovşağın qapısını açdı. Vəfanın Əli ilə birlikdə sanitar qovşaqda olduğunu gördüm. Aradan vaxt keçdiyi üçün onların əynində hansı paltarların olmasını xatırlamıram. Vəfadan niyə həmin evə gəlməsini və Əli ilə nə etməsini soruşdum. Vəfa həmin yerə gəlmələrinin səbəbini Əlidən soruşmağımı istədi. Özümü Vəfaya Səid adı ilə təqdim etdim.

Daha sonra sanitar qovşağın çöl hissəsində dayanıb qapını bağlamadan onlara baxmağa davam etdim. Vəfa köynəyini yuxarı çəkdi, onun sinə nahiyyəsi tamamilə çöldə qaldı, şalvarını çıxartmadı və Əli ilə əxlaqsız intim hərəkətlər etməyə başladı”.

“Məqsədim cinsi əlaqədə olmaq idi”

İlkin qeyd edib ki, həmin vaxt Əli ilə Vəfanın intim hərəkətdə olmalarını mobil telefon vasitəsi ilə təxminən 15-20 saniyəlik videoya çəkib: “Vəfa onları videoya çəkdiyimi gördü, çəkilişi saxlamağımı istədi. Mən də videoçəkilişi dayandırdım. Orada olduğum müddət ərzində Əli Vəfa ilə qeyri-təbii yolla cinsi əlaqədə olmayıb, buna cəhd etməyib. Yalnız oral üsulla cinsi əlaqədə olub. Əlinin cinsi aktı başa çatdırıb-çatdırmadığını bilməmişəm.

Daha sonra Vəfaya video çəkdiyimi, bir daha Əli ilə cinsi əlaqədə olmaq üçün həmin yerə gələcəyini eşidəcəyim halda həmin videogörüntünü onun valideynlərinə göstərəcəyimi bildirdim. Vəfa isə ağlayaraq videogörüntünü valideynlərinə göstərməməyimi xahiş etdi.

Evə gəldikdən sonra “İnstagram” sosial şəbəkəsindən “İlkin_1994” adlı hesabımdan Vəfanın xatırlamadığım hesabına mesaj yazaraq videogörüntünün mənim mobil telefonumda olduğunu dedim. Mənimlə də görüşüb cinsi əlaqədə olmasını istədim. Görüşməyəcəyi halda videogörüntünü ata-anasına göstərəcəyimi deyib hədə-qorxu gəldim.

Lakin Vəfa mənimlə razılaşmadı, cinsi əlaqədə olmayacağını bildirdi. Bundan sonra Əli və Vəfanı bir daha cinsi əlaqədə olarkən və ya birlikdə heç bir yerdə görmədim.Vəfaya heç vaxt həmin pornoqrafik xarakterlik videogörüntünü göndərməmişəm. Mənim həmin videogörüntünü çəkməkdə məqsədim videgörüntü ilə Vəfanı hədələyib, onunla cinsi əlaqədə olmaq olub”.

“Məndən asılıllığı olmayıb”

Təqsirləndirilən şəxs bildirib ki, 2023-cü ilin fevralın ortalarında dostu Vüqarla kənd ərazisində gəzən zaman Vüqar ona Əlinin ondan yeni “İnstagram” hesabı açmağı xahiş etdiyini, xahişi yerinə yetirdiyini, yeni hesabdan Əlinin Vəfa ilə mesajlaşdığını gördüyünü deyib:

“Həmin gün evə gəldikdən sonra vatsapda Vüqara mesaj yazaraq Əli üçün açılmış hesabı mənə də göndərməsini istədim. Vüqar “sevgisiz_mecnun_” adlı instagram hesabının əks olunduğu ekran görüntüsünü və həmin hesabın kodunu mənə yolladı. Həmin hesaba daxil oldum.

Əlinin məni Vəfaya Səid adı ilə təqdim etdiyini, Vəfa ilə amansız rəftar edərək mənim adımdan onu cinsi əlaqədə olmağa məcbur etdiyini gördüm. Bundan sonra təxminən 4-5 gün Vəfa ilə həmin hesab vasitəsi ilə yazışaraq Əliyə heç bir şey demədən mədəni şəkildə Vəfa ilə cinsi əlaqədə olmaq istədiyimi bildirdim. Lakin Vəfa mənimlə cinsi əlaqədə olmağa razılıq vermədi.

Mənim özümü Vəfaya Səid adı ilə təqdim etməyimi Əli və Vəfadan başqa heç kim bilməyib. Vüqarın istifadəsində olmuş “Samsung A31” markalı mobil telefonun yaddaşında olan ekran görüntüsünü əks etdirən fotoşəkil mənim tərəfimdən Əli ilə Vəfanın cinsi əlaqədə olması zamanı çəkilmiş videogörüntüdən alınmış ekran görüntüsüdür.

Əli ilə Vəfanın cinsi əlaqədə olması zamanı çəkildiyim videogörüntü mən yalnız Əliyə göndərmişəm. Vəfa məndən hər hansı maddi, xidməti və digər asılılığı olmayıb”.

“Videonu yaymaq məqsədim olmayıb”

İlkin qeyd edib ki, Vəfa ilə amansız rəftar etməyib, ləyaqətini mütəmadi alçaltmayıb, ona hədə-qorxu gəlməkdə məqsədi isə cinsi əlaqədə olmaq olub: “Vəfanın Əli ilə cinsi əlaqədə olan zaman ikinci dəfə onların yanına gəlməmişəm. Vəfanın qolunu buraraq boğazından tutub boğmaq istəməmişəm. Onların videosunu bir dəfə çəkmişəm. Lakin həmin videonu çəkməkdə məqsədim videogörüntünü yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, gəlir əldə etmək olmayıb”.

İlkin ifadəsinin sonunda ailəli və bir azyaşlı övladı olduğunu, hazırda arvadının hamilə qaldığını, özünün Vətən Müharibəsi iştirakçısı olmaqla, “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edildiyini və törətdiyi əməldən peşmançılıq çəkdiyini bildirib.

“İyrənc hərəkətlər etməyi təklif etdi”

İş üzrə zərərçəkmiş Vəfanın sözlərinə görə, atası, anası, bacısı və qardaşı ilə birlikdə yaşayır: “Orta məktəbin 9-cu sinifinin şagirdiyəm. 2022-ci ilin noyabrın əvvəllərində məktəbdən çıxdıqdan sonra günorta saat 12 radələrində Əli məni qonşuluqda yerləşən xalasına məxsus, heç kimin yaşamadığı evə dəvət etdi. Əlinin deməsinə görə, xalası və onun ailə üzvləri Bakı şəhərində yaşayır.

Əlinin dediyi vaxt həmin evə gələrək hasardan aşıb həyətə daxil oldum. Giriş darvazası ilə üzbəüz birmərtəbəli fərdi yaşayış evi, sol hissədə talvar, sağ hissədə isə tualet və hamam kimi istifadə edilən tikililər vardı.

Mən həmin evə gəldikdə Əli artıq məni orada gözləyirdi. Girişdən sağ tərəfdə yerləşən tualetə daxil olduq. Birbaşa məktəbdən gəldiyim üçün əynimdə məktəbli forması vardı. Əli ilə tualetə daxil olduqdan sonra onunla öpüşməyə başladıq, Əli üzərinmdə olan paltarımı çıxartdı. Sinəmi divara dirəyib mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədi. Lakin bunu edə bilmədi. Sonra mənə əxlaqsız iyrənc hərəkətlər etməyi təklif etdi.

Mən məcbur olub paltarlarımı soyunaraq tam lüt vəziyyətdə dizlərim üstə oturdum, iyrənc hərəkətlər etməklə Əli ilə cinsi əlaqədə olmağa başladım. Bu qaydada təxminən 10-15 dəqiqə ərzində cinsi əlaqədə olduqdan sonra tualetin qapısı döyüldü. Əli qapını açdı. Orada təxminən 25-28 yaşında olan saqqallı bir oğlan dayandı, həmin şəxsi əvvəllər görməmişdim.

Əlidən onun kim olduğunu soruşdum. Əli həmin şəxsi kənd sakini Səid kimi tanıdığını, aralarında heç bir qohumluq əlaqələrinin olmadığını dedi”.

“Bizi videoya çəkdi”

Vəfa qeyd edib ki, daha sonra rayon polis şöbəsinə dəvət edilən zaman həmin şəxsin adının əslində İlkin, həm də Əlinin əmisi oğlu olduğunu öyrənib: “Özünü Səid kimi təqdim edən İlkin ev sahibinin qohumu olduğunu dedi, bizim həmin evdə görüşdüyümüzə görə iradını bildirdi. Daha sonra İlkin mobil telefonunu çıxarıb bizi videoya çəkməyə başladı. Buna etiraz etsəm də, Əli mənə narahat olmamağımı, həmin videonu heç bir şəxsə göstərməyəcəyini dedi. Bundan sonra Əli məni bir daha hədələdi. Məcbur olub Əlinin iyrənc hərəkətlər etməyimlə bağlı təklifi ilə razılaşdım, belə hərəkətləri etməyə davam etdim. İlkin isə həmin vaxt bizi videoya çəkdi. Təxminən 2-3 dəqiqə bizi videoya çəkdi. O, videonu heç bir şəxsə göndərməyəcəyini dedi.

İlkin tualetə daxil olduqdan təxminən 5 dəqiqə sonra Əli cinsi aktı sonlandırdı və üçümüz də həmin evi tərk etdik. Əli mənə İlkinin çəkdiyi videogörüntünü heç bir şəxsə göndərməyəcəyini, İlkinlə danışıb videogörüntünü sildirəcəyinə söz verdi”.

“Bu, intihara cəhdimə səbəb olmayıb”

Zərərçəkmiş qeyd edib ki, İlkin onunla cinsi əlaqədə olmayıb, yalnız Əlinin onunla cinsi əlaqədə olmasını videoya çəkib:

“İlkin çəkdiyi videogörüntünü görmüşəm. İlkin istifadəsində olan “sevgisiz mecnun” adlı profildən mənim istifadəmdə olan “həyat_senilə” adlı hesaba çoxlu mesajlar yazdı. Məni hədələyərək görüşməyə məcbur etdi. O mənimlə görüşərək cinsi əlaqədə olmağa məcbur etsə də, onunla ümumiyyətlə görüşməmişəm.

Mənə özünü Səid kimi yalnız İlkin təqdim edib. Məni videogörüntülərlə hədələyib. Həmin videogörüntülər isə yalnız İlkin və Əlidə olub.

lİlkin tərəfindən çəkilmiş, Əli ilə cinsi əlaqədə olmağımı əks etdirən videogörüntü həmin videogörüntünün iştirakçıları olan mən və Əlidən başqasına göndərilməyib. Videogörüntünü başqa şəxsin mobil telefonunda olması barədə mənə heç kim tərəfindən məlumat verilməyib.

İlkinin çəkdiyi videogörüntünü yayacağı ilə deyil, həmin videogörüntünü anama və ya atama göstərəcəyi ilə hədələyib, mənimlə cinsi əlaqədə olmaq istəyib. Lakin ləyaqətimi mütəmadi olaraq alçaltmayıb. Mənimlə amansız rəftar etməyib və məni özündən asılı vəziyyətə salmayıb. İlkin tərəfindən çəkilmiş videogörüntü mənim intihara cəhdimə səbəb olmayıb”.

“Cinsi əlaqədə olacağımı dedim”

İş üzrə zərərçəkmiş Əlinin sözlərinə görə, Vəfa ilə cinsi əlaqədə olmağını əmisi oğlu İlkinə bildirib:

“Vəfa ilə növbəti dəfə cinsi əlaqədə olarkən İlkini də dəvət edəcəyimi dedim. Dəvətdə məqsədim cinsi əlaqədə olduğumuz anı çəkməsi və sonradan həmin videogörüntü ilə Vəfanı şantaj etmək olub. Çünki Vəfanın əvvəllər əxlaqsız hərəkətlər etdiyini bilsəm də, əlimdə ona aid hər hansı fotoşəkil və ya videogörüntü olmayıb.

Vəfa ilə ilk dəfə cinsi əlaqədə olduqdan təxminən 20 gün sonra, yəni 2022-ci ilin noyabr ayının əvvəllərində yenidən Vəfaya aid pornoqrafik xarakterli fotoşəkil və videogörüntülərlə hədə-qorxu gələrək onun mənimlə görüşərək cinsi əlaqədə olmağa məcbur etmişəm.

2022-ci ilin noyabrın əvvəllərində dəqiq xatırlamadığım tarixdə “İnstagram” sosial şəbəkəsinin “direkt” bölməsində Vəfaya yazaraq xalama məxsus olan evə gəlməsini, orada görüşüb cinsi əlaqədə olacağımı dedim. O, hədələrimdən qorxduğu üçün razılaşaraq həmin ünvana gələcəyini dedi. Sonra əmim oğlu İlkindən həmin ünvana gələrək cinsi əlaqə anını videoya çəkməsini xahiş etdim.

Xalamgilin evinin açarı məndə olmadığı üçün hasardan aşaraq evin həyətində yerləşən tualetə daxil oldum. Vəfanı gözləməyə başladım. Saat təxminən 12 radələrində Vəfa gələrək hasardan keçdi və tualetə girdi.

Vəfa yanıma gəldikdən sonra bir daha mobil telefonumda ona aid pornoqrafık xarakterli fotoşəkil və videogörüntülərin olduğunu bildirdim. Mənimlə cinsi əlaqədə olmayacağı təqdirdə həmin fotoşəkilləri və videogörüntüləri yayacağımlahədələyərək onu dodaqlarından öpməyə başladım”.

“Cinsi əlaqədə olmağımızı videoya çəkdi”

Əli qeyd edib ki, daha sonra Vəfaya qarşı seksual xarakterli hərəkətlər edib, onunla oral üsulla əlaqədə olub: “Təxminən 15 dəqiqən sonra əmim oğlu İlkin bizim həmin yerdə olduğumuz bildiyindən tualetə daxil oldu və özünə məxsus mobil telefona baş verənləri videoya çəkməyə başladı. Vəfa məndən həmin şəxsin kim olduğunu soruşdu. Yalandan adının Səid, özü də dostum olduğunu, videogörüntünü heç kimə göstərməyəcəyini dedim.

Vəfa İlkinin bizi cinsi əlaqədə olarkən mobil telefon vasitəsilə çəkdiyini gördü. Lakin məcbur olub mənimlə cinsi əlaqədə olmağa davam etdi. İlkin təxminən 1 dəqiqə ərzində mənim Vəfa ilə oral üsulla cinsi əlaqədə olmağımızı videoya çəkdi.

Cinsi aktımı başa çatdırandan sonra xalama məxsus evi tərk etdik. Elə həmin gün İlkin çəkdiyi pornoqrafik xarakterli videogörüntünü vatsapda mənə göndərdi.

Videogörüntünü gələcəkdə Vəfa ilə cinsi əlaqədə olmaq üçün onu hədələmək məqsədi ilə əldə etmişəm. İlkinin həmin pornoqrafik xarakterli videogörüntünü hər hansı şəxsə göndərib-göndərməməsini bilmirəm.

İlkinin çəkdiyi pornoqrafik xarakterli videogörüntünü 2022-ci il dekabrın sonlarında dəqiq xatırlamadığım tarixdə vatsapla yalnız sinif yoldaşıma göndərdim. Bundan başqa, hər hansı digər şəxslərə göndərməmişəm”.

Bu cinayət işinə Şamaxı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlkin 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İlkinin cinayət işi üzrə adı keçən şahid Əlinin barəsində cinayət işi ayrıca icraata götürülüb. Ona Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov