27 Yanvar 2015 17:35
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Rusiya hüquq mühafizə orqanları tərəfindən azərbaycanlı «qanuni oğru» həbs olunub.

Publika.az «Praym Kraym» informasiya agentliyinə istinadən xəbər verir ki, ötən gün Moskva şəhərinin Altayski küçəsindəki «Neolit» kafesində azərbaycanlı «qanuni oğru», «Yunus Yasamalski» ləqəbilə tanınan 54 yaşlı Yusun Nəzərovun ad günü qeyd olunub.

Verilən məlumata görə, həmin tədbirdə 50-dən artıq «qanuni oğru» iştirak edib. Həmçinin o da bildirilir ki, «Yunus Yasamalski» müəyyən səbəblər üzündən ad gününü 2 gün öncədən qeyd etməyə qərar verib.

Beləliklə, «qanuni oğru»lar həmkarlarını ad günü münasibətilə təbrik etməyə toplansalar da, Rusiya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları buna imkan verməyib. Belə ki, mərasimin başlanmasından bir qədər sonra xüsusi təyinatlılar kafeyə basqın təşkil ediblər. Xoşbəxtlikdən sözügedən əməliyyat Yusun Nəzərov üçün ağır nəticə verməyəcək. Yəni 20 il ümumi cəzaçəkmə müəssisəsində məhkum həyatı yaşamış «Yunus Yasamalski»ni bu dəfə həbs təhlükəsi gözləmir. Odur ki, Rusiya ərazisində qeyri-qanuni şəkildə yaşadığına görə, onu tezliklə vətəndaşı olduğu ölkəyə – Azərbaycana deportasiya edəcəklər.


Müəllif:

Oxşar xəbərlər