Bakının Sabunçu rayonunda saxta sürücülük vəsiqəsi saxlayan həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini Zaur İbrahimov həbs edilib. Ondan saxta sürücülük vəsiqəsi götürülüb.
Faktla bağlı cinayət işi açılıb.
Hacı Zeynalov