28 Yanvar 2015 15:55
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva-Lənkəran aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Elçin Teymurova məxsus baqaj gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda siqaret təsvirləri görünüb.

Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan baqaja - 6 ədəd çantanın içərisindəki mallara təkrar baxış keçirilib. Nəticədə, həmin çantalarda malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gizlədilən, əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan olunmayan, Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmayan cəmi 4080 qutu xarici markalı müxtəlif siqaretlər aşkar olunub.

Faktla bağlı izahatında Elçin Teymurov baqajında aşkar olunan siqaretləri Rusiya Federasiyasının Moskva şəhərindəki bazardan əldə etdiyini və satış məqsədilə Azərbaycana gətirdiyini bildirib.

Naibə QURBANOVA


Müəllif: