8 May 13:12
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə müdafiə tərəfinin verdiyi vəsatətə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, vəsatət təmin olunmayıb.

Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə Anar Məmmədli barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Anar Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham elan edilib.

Müəllif: Hacı Zeynalov