Pakistan həbsxanasında gizli yolla silah əldə etmiş məhbus mühafizəçilərdən zorla açarları alaraq kameraları açıb və bütün məhkumları azadlığa buraxıb.
Teleqraf.com xəbər verir ki, hadisə Pakistanın Poonç bölgəsindəki Ravalakot həbsxanasında nahar vaxtı baş verib.
6-sı ölüm cəzasına məhkum edilmiş 19 məhbus təhlükəsizlik qüvvələrinin səhlənkarlığından istifadə edərək həbsxanadan qaça biliblər.
Məhbusun silahı necə əldə etməsi məlub deyil. Qaçış zamanı mühafizəçilərlə toqquşmada yaralanan məhbuslardan biri xəstəxanada ölüb.
Polis məhbusları tutmaq üçün bölgəyə giriş-çıxışı bağlayıb.