9 İyul 16:09
1 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş “Texnikabank” ASC-nin Müşahidə Şurasının sədri olmuş Etibar Əliyevin dələduzluqla bağlı cinayət işini görə uzun müddətdən sonra yenidən hakim qarşısına çıxarılır.

Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi öz təşəbbüsü ilə baxış iclası təyin edib.

Qeyd edək ki, Etibar Əliyev və “Texnikabank”ın digər əməkdaşları 2014-cü ildə əvvəl vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, rəsmi sənədlərin saxtalaşdırma və vəzifə saxtakarlığı ittihamlartı ilə cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərdən bəzilərinə 8 ilə kimi həbs cəzası, ayrıca mühakimə edilən Etibar Əliyev də daxil olmaqla digərlərinə şərti cəza verilib.

Həmin vaxt zərərçəkmiş tərəf hökmdən apellyasiya şikayəti verib. Lakin məhkəmə istintaqının gedişində Etibar Əliyev ağır xəstəliyə yoluxub. Bu səbəbdən 10 ildir apellyasiya baxışı dayandırılıb.

Sonuncu dəfə 1 il əvvəl iş üzrə yeni iclas təyin edilsə də təqsirləndirilən şəxsin hələ də xəstəlikdən əziyyət çəkdiyi məlum olub. İcraat yenidən dayandırlıb.

Xatırladaq ki, məhkəmə öz təşəbbüsü ilə iş üzrə yeni proses təyin edib. Məhkəmə təqsirləndirilən şəxsin hələ də xəstəlikdən əziyyət çəkib-çəkməməsi barədə məlumatı öyrənmək istəyib.

Etibar Əliyev bank rəhbərinin məhkəmədə iştirakını istisna edən ağır xəstəlikdən sağalması haqda rəy verilərsə, məhkəmə qaldığı yerdən davam edəcək.

Etibar Əliyev 2022-ci ildə Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə verib. O, 3 milyon manatlıq mülkinin ələ keçirilməsi ilə bağlı həmin iş üzrə oğlu Kəramət Əliyevlə birlikdə zərərçəkmiş qismində tanınıblar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər