10 Oktyabr 02:04
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəntiqlər keçmiş vəkil Elman Paşayevin ittiham olunduğu cinayətin digər epizodlarında iştirakını araşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanları təqsirləndirilən keçmiş vəkilin digər oxşar cinayətlərin törədilməsində iştirakını araşdıracaq. Bundan başqa cinayət işində digər dələduzluq halının olması barədə istintaq davam edəcək.

Qeyd edək ki, keçmiş vəkil Elman Paşayev sentyabrın 17-də Rusiyada saxlanılıb. İttihama görə o, təqsirləndirilən şəxslərdən onların xeyrinə qərar çıxardacağı vədi ilə külli miqdarda rüşvət alıb. Bundan başqa Paşayev Rusiyada Ukraynaya qarşı xüsusi əməliyyatda iştirak edən məhbuslara pul qarşılığında arxa cəbhədə qalmağı təklif etməkdə şübhəli bilinir.


Müəllif: Arzu

Oxşar xəbərlər