30 Mart 2015 13:02
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda dələduzluq faktı qeydə alınıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də Əli Muxtarovun mobil telefonunu dələduzluq yolu ilə alanın Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zahid Kərimov olması müəyyən edilib. O, tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Sərxan Məmmədovun mobil telefonunu quldurluq, Kamilə Məmmədovaya və Gülçöhrə Rəhimovaya məxsus pul və məişət əşyalarını isə soyğunçuluq yolu ilə alması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: