Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində döyüş sursatı aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş və mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər.
Məlum olub ki, bu istifadəyə yararsız 1 ədəd 152 mm və 3 ədəd 122 mm top mərmisinin korpusudur. Sursat aidiyyəti üzrə təhvil verilib.
Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar edilib.
İLHAMƏ