Neftçala rayonunda faciəli hadisə baş verib.
Teleqraf.com-un xəbərinə görə, hadisə rayonun Qaçaqkənd ərazisindən axan Akkuşa çayının sahilində qeydə alınıb.
Lənkəran şəhər sakini, 1950-ci il təvəllüdlü Sorab Cəfərov Akkuşa çayında balıq tutarkən tilov yüksək gərginlikli elektrik xəttinə toxunub.
Sorab Cəfərov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.
Hacı Zeynalov