Zərdab rayonunda bıçaqlanma hadisəsi baş verib.
Zərdab Rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Məmmədqasımlı kəndində qeydə alınıb.
Kənd sakini Qaçay Dosməmmədov şəxsi münasibətlər zəminində qardaşı Sadiqi bıçaqlayıb. Yaralı təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.
Hadisəni törədən Qaçay Dosməmmədov həbs edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov