6 Aprel 2015 13:52
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz şəhərində şəhər sakini Elşad Əhmədova məxsus “VAZ-21011” markalı avtomobildən qohumu Elmin Kərimova məxsus 3000 manat və mobil telefon oğurlanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şəhər sakini Xətai Əliyev tərəfindən törədilməsi müəyyən edilib.

Araşdırmalar zamanı Xətai Əliyevin cari il fevral ayının 15-də “055 cars” şirkətinə məxsus “Opel” markalı avtomobili icarə əsasında 30 günlük götürməsi, lakin avtomobili geri qaytarmayaraq sənədlərini saxtalaşdırıb .

Xaçmaz şəhər sakini Fariz Ağayevə satması da müəyyən edilib. Polis şöbəsinə dəvət edilmiş Fariz Ağayev avtomobilin sənədlərini polisə təqdim edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər