Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib.
Yasamal Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə 135 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunda qeydə alınıb.
Xırdalan şəhərindən azyaşlı uşaqları ilə birlikdə Bakıya gələn Fatimə Şamıyeva həyat yoldaşı Namiq Məmmədov tərəfindən bıçaqlanaraq öldürülüb. Namiq Məmmədov cibindən çıxardığı bıçaqla qadının boğaz, ürək və bədənin müxtəlif nahiyələrinə zərbələr endirib.
İlkin ehtimala görə, qətl qısqanclıq zəminində baş verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov