Bakının Xəzər rayonunda faciəli hadisə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Xaşaxuna bağlar sahəsində qeydə alınıb.
Xaşaxuna bağlar sahəsində yaşayan Əlisahib Məmmədovu və oğlu Orxanı evlərinin həyətində elektrik cərəyanı vurub. Əlisahib Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Orxanın vəziyyəti ağırdır.
Hacı Zeynalov