23 Aprel 2015 14:06
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suraxanı rayonunun Hovsan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Elmar Ağayev vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, o, hadisə yerində ölüb.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Toyota” markalı avtomobilin sürücüsü, Hövsan qəsəbə sakini Nurlan Fərhadov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: