27 Aprel 2015 18:59
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Bakı şəhər sakini Ülvi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ülvi Əliyev 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ülvi Əliyev Cinayət Məcəlləsinin 234.1-ci (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər