Nəsimi rayonu ərazisindən Qəbələ rayon sakini Azad Qəhrəmanova məxsus “Oka” markalı avtomobil qaçırılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, avtomobilin Qaraçuxur qəsəbəsi ərazisində hərəkətdə olması Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib, Çevik Polis Alayı və Suraxanı Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü - Kürdəmir rayon sakini Fuad Qafarov araşdırmalar aparılması üçün Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə təhvil verilib.
Hacı Zeynalov