İki kişi maşını xarab olan qadını qarət etdi
Bakının Nəsimi rayonunda qadına qarşı cinayət törədənlər yaxalanıb.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, bu ilin martın 6-da günorta saatlarında “Nissan-Tida” markalı avtomobilin mühərrikində yaranan nasazlığa görə Füzuli küçəsində dayanan Bakı şəhər sakini Ülviyyə Təhməzovaya kömək məqsədilə yaxınlaşaraq avtomobildən 70 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib.
Cinayəti törədənlərin həbs edilməsi üçün əməliyyat Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsinin əməkdaşları tərəfindən keçirilib. Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Taleh Xaliqov və 1992-ci il təvəlüldü Ülvi Hənifəyev tutulub. Şübhəli şəxslərdən Ülvi Hənifəyevdən üzərindən 2.307 qram tiryək aşkar olunaraq götürülüb.
Hacı Zeynalov