Masallıda ev yandı.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Masallı rayonu, Hüseynhacılı kəndində (rayon mərkəzindən km 11 aralı) vətəndaşa məxsus ümumi sahəsi 396 kv.m olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə, 2-ci mərtəbədə üç otağın yanar konstruksiyaları və ev əşyaları 70 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.