22 May 2015 16:34
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran Ağır Cinayətlər Məhkəməsində həmyerlisini öldürməkdə təqsirli bilinən Zərdab rayon sakini, 1989-cu il təvəllüdlü Vüsal Mehrəliyevin cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, ötən il dekabrın 30-da Zərdab rayonunun Dəliquşçu kənd sakini, 1989-cu il təvəllüdlü Rəşad Zeynalovun başı kəsilmiş meyiti rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Vüsal Mehrəliyev həbs edilib. Vüsal Mehrəliyev ilkin ifadəsində hadisəni aralarında yaranan münaqişə zəminində törətdiyini qeyd edib.

Hakim Asim Hacıyevin sədrliyi il keçirilən prosesdə Vüsal Mehrəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub.

Məhkəmə baxışı mayın. 26-na təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər