22 May 2015 16:57
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Kürdəmir rayon sakini 1992-ci il təvəllüdlü Orxan Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin iyulun 7-də Zabratda 22 yaşlı Orxan Mehdiyev 30 yaşlı Andrey Tbiziyev Vladimiroviçi vintaçanla deşərək qətlə yetirib. Hadisəyə səbəb tərəflər arasında yaranmış münaqişə olub. İstintaqdan məlum olub ki, hər iki tərəf hadisə zamanı yolda avtomobil idarə edirmiş.

Bu zaman yol vermək üstündə onlar arasında mübahisə yaranıb. Bir-birini nalayiq söyüşlərlə təhqir etdikdən sonda Orxan Mehdiyev avtomobilində olan vintaçanı götürüb Andrey Tbiziyev Vladimiroviçin üzərinə hücum edib. Sonra da vintaçanı onun qarnına sancıb. Zabrat yolu tıxac olduğundan yaralını xəstəxanaya vaxtında catdırmaq mümkün olmayıb. Nəticədə o, hadisə yerindəcə keçinib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Orxan Mehdiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər