1 İyun 2015 14:43
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda mağazaları qarət edən həbs edilib.

Teleqraf.com xəbər verir ki, cinayəti törədən şəxsin tutulması üçün əməliyyatı Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinin əməkdaşları keçirib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də Ələddin Rəfiyevə və aprelin 18-də Rafiq Şükürova məxsus mağazalardan pul, danışıq kartları və tütün məmulatı oğurlamış Beyləqan rayon sakini Süleyman Süleymanlı tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər