Xakasiya Respublikasinda polislər azyaşlını zorlamaq istəyən bir nəfəri saxlayıb.
Teleqraf.com-un xəbərinə görə, araşdırma zamanı məlum olub ki, qızcığazı bu bəladan yaşıdı olan dostu xilas edib. Azyaşlının dostu uşağa təcavüz etmək istəyən şəxsi izləyib. Həmin şəxs çirkin əməlini həyata keçirmək istəyən məqamda uşaq rəfiqəsinin müdafiəsinə qalxıb.
29 yaşlı və daha öncə həbsdə olmuş Belqrad sakini 8 yaşlı uşağa təcavüz etmək istəyərkən sərxoş olub. O, küçədə oynayan qızçığazı dartaraq zorla tanışının evinə gətirib. Elə bu məqamda qızın azyaşlı dostu içəri girərək rəfiqəsini valideynlərinin axtardığını deyib. Daha sonra onlar bir yerdə həmin məkandan uzaqlaşıblar. Qızcığaz başına gələnlər haqda valideynlərinə danışıb. Valideynlər də bu haqda polisə şikayət ərizəsi yazaraq pedofilin həbs olunmasını tələb ediblər.
Nihad