27 İyun 2015 01:05
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə yanğın hadisəsi baş verib.

Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın rayonun Şəki kəndində, kənd bələdiyyəsinə məxsus biçilmiş taxıl sahələrində baş verib. Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin yanğnsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində 40 hektar biçilmiş taxıl sahəsi, 15 hektar quru ot və kol-kos sahəsi və Balakən-Yevlax dəmir yol xəttinin yanğın baş verən ərazidən keçən hissəsində 10 ədəd şpal yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində dəmiryol xəttinin digər şpalları və əraziyə yaxın tikililər yanğından mühafizə olunub.

Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.


Müəllif: