30 İyun 2015 11:57
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonunda ov silahından açılan atəş nəticəsində qətl hadisəsi törədilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Çiləgir kəndində qeydə alınıb.

Bakı şəhər sakini, 1945-ci il təvəllüdlü Ramiz Vəliyevi 1967-ci il təvəllüdlü Eynulla Hacıyev ov tüfəngindən açdığı atəş nəticəsində qətlə yetirib. Eynulla Hacıyev cinayəti törədəndən sonra hadisə yerindən qaçıb.

Rayon polis və prokurorluq əməkdaşları Eynulla Hacıyevin tutulması üçün tədbirlər görürlər.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: