14 İyul 2015 17:23
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan Apelyasiya Məhkəməsində oğurluq etməkdə təqsirli bilinən Lənkəran şəhər sakinləri – 1997-ci il təvəllüdlü Yusif Əlizadə və onun həmyaşıdı Şəhriyar Sadıxovun cinayət işinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Yusif Əlizadə dostu Şəhriyar ilə birlikdə Lənkərаn şəhəri H.Аslаnоv Хiyаbаnındа yеrləşən Əfqan Niftullаyеvə məхsus mоbil tеlеfоnlаrın və аksеsuаrlаrın sаtışı dükаnınа giriblər. Onlar mağazadan 5135 mаnаt məbləğində pul, bir ədəd 550 mаnаt dəyərində “Iphоnе 5s” mаrkаlı və bir ədəd 850 mаnаt dəyərində “Iphоnе 6” mаrkаlı mоbil tеlеfоnlаrı оğurlаyıblar. Onlar mağaza sahibinə 6535 mаnаt məbləğində mаddi ziyаn vurublаr.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü (oğurluq) maddələri ilə ittiham ediliblər və Lənkəran Şəhər Məhkəməsinin hökmü ilə Yusif Əlizadə 3 il müddətinə şərti cəza alıb, digər təqsirləndirilən isə 500 manat miqdarında cərimə olunub. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək onların cəzalarının sərtləşdirilməsini tələb edib.

Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən prokuror birinci instansiya məhkəməsinin hökmünü düzgün hesab etməyib. Prokuror qeyd edib ki, təqsirləndirilən şəxslər ittiham olunduqları maddələr üzrə cəzalandırılmalıdır. Hakim kollegiyası prokurorluğun protestinin təmin edilməməsi barədə qərar qəbul edib.

Hacı Zeynalov


Müəllif: