21 İyul 2015 19:42
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyini mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Gülövşə kəndinin ərazisində qeydə alınıb.

Mingəçevir şəhər sakini Elşad Behbudov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə E.Behbudovun sərnişinlərindən Xəyal İsrafilov hadisə yerində ölüb.

Faktla bağlı Yevlax rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: