Bakının Suraxanı rayonunda mənzilləri qarət edən mütəşəkkil dəstənin üzvləri zərərsizləşdirilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, əməliyyatı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları həyata keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Orxan Babayev, Fərid Sonverdizadə və Rafiz Mustafayev tutulublar.
Onlar bu ilin iyulun 7-də Hövsan qəsəbə sakini Hüsniyyə Cəbrayılovanın yaşadığı evdən qızıl və gümüş əşyalar oğurlayıblar. Onların digər cinayətlərin araşdırılır.
Hacı Zeynalov