25 İyul 2015 09:09
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Pirallahı rayonunda kommunal tipli ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yanğın baş verib.


Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumi sahəsi 27 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 8 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və yanğınsöndürənlər tərəfindən xilas olunaraq təcili yardım xidmətinə təhvil verilib. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.


Müəllif:

Oxşar xəbərlər