Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.
Teleqraf.com-a Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsimdə qeydə alınıb.
Sülh küçəsi 1 A ünvanında yaşayan Ağdam rayonundan məcburi köçkün olan 1961-ci il təvəllüdlü Sahib Nəsibov üzərinə yanacaq tökərək özünü yandırıb. Sahib Nəsibov 3-cü dərəcəli yanıq xəsarəti ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov