31 İyul 2015 15:13
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Gəndob kəndində qeydə alınıb.

Rayonun Xırdaoymaq kənd sakini Rövşən Dadaşov əmisi Elxan Dadaşovun evinə qonaq gəlib. İçki məclisi zamanı yaranmış mübahisə zamanı Rövşən Dadaşov əmisi Elxan Dadaşova və onun evində qonaq olan Şahin Mürsəlyevi bıçaqlayıb.

Hər iki yaralı dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Onlara vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.

Hadisənin törədən Rövşən Dadaşov həbs edilib.

Hacı Zeynalov


Müəllif: