Bakının Sabunçu rayonunda 26 yaşlı oğlan sevgilisi tərəfindən döyülüb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ramana qəsəbəsi, V.Vəliyev küçəsi, 9 ünvanında baş verib.
1989-cu il təvəllüdlü Nağı Hüseynzadə həmin ünvanda yerləşən məscidin qarşısında tanışı “Janna” adlı şəxs tərəfindən təhqir olunub. Nağı Hüseynzadə “Janna”dan təhqirlərə son qoymasını istəyib. Bu zaman daha da hiddətlənən qız onu döyüb.
Nağı Hüseynzadə “Janna” tərəfindən döyülməsi barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə şikayət edib. "Janna" ilə Nağı Hüseynzadənin sevgili olduğu deyilir.
Faktla bağlı təhqiqat aparılır.
Hacı Zeynalov