17 Avqust 2015 13:02
3 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində 11-ci sinif şagirdini qətlə yetirməkdə ittiham olunan Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu ilin aprelin 29-da Nizami rayonun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı, 1998-ci il təvəllüdlü Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib. Cinayəti törədən şəxs həbs edilib. qətlə yetirilən Aytac Babayeva orta məktəbin 11-ci sinifində oxuyurmuş.

İzzət Hüseynov bildirib ki, Aytac Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib. Qız dayısı oğluna ərə gedəcəyini deyib. Oğlan isə buna icazə verməyəcəyəniyi deyib və 17 yaşlı Aytacı vəhşicəsinə qətlə yetirib.

İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyib. Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İzzət Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Növbəti məhkəmə iclası avqustun 21-nə təyin olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər