Bakının Sabunçu rayonunda evdən xeyli miqdarda pul və qızıl əşyaları oğurlanıb. Teleqraf.com xəbər verir ki, oğurluq hadisəsi Ramana qəsəbəsi, Şuşa şəhərciyində yeni tikilidə qeydə alınıb.
Xaliq Məhərrəmovun evindən naməlum şəxslər 11 min manat, 3 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 1 cüt qızıl sırğa oğurlanıb. Xaliq Məhərrəmov oğurluq hadisəsinin baş verməsi ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat verilib.
Hadisə yerinə gələn 12-ci polis bölməsinin əməliyyat qrupu evdən əl-barmaq izlərini götürüb. Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri keçirilir.
Hacı Zeynalov