Abşeron rayonu Hökməli qəsəbəsində yaşayan Sara Ağayeva evində dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, Gəncənin Nizami rayonunda da oxşar hadisə baş verib.
Avqustun 19-da Nizami (Gəncə) rayonunun Yeni Gəncə qəsəbəsində yaşayan Məhəbbət Hüseynova evində dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Gəncə şəhərində yaşayan Zaur Həsənov evində sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
Gəncə şəhərində qidadan zəhərlənmə hadisəsi baş verib. Avqustun 19-da Gəncə şəhərinin Kəpəz rayonunda yaşayan Rüfət Mehdixanlının evindən qızları Leyla, Səmra və qohumu Bakı şəhər sakini Şahsənəm Abuzərli qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib, ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Hacı Zeynalov