Yevlax rayonunda 88 yaşlı kişi şəxsi evində ölmuş vəziyyətdə tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yevlax şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər mənzilin giriş qapısını açıb, 1927-ci il təvəllüdlü Gülməmməd Dostu oğlu Səlimovun cəsədini aşkar edib və aidiyyəti üzrə təhvil verib.
Hadisənin hansı səbəbdən baş verdiyi Yevlax rayon Prokurorluğunda araşdırılır.