Bakının Binəqədi rayonunda şirkətdən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, avqustun 1-də “Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450000 ABŞ dolları olan seyfi oğurlanıb.
Baş Cinayət-Axtarış İdarəsi, Bakı Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əhmədov tutulub, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Hacı Zeynalov