4 Sentyabr 2015 16:03
366

Quba rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Zərdabi kəndində qeydə alınıb.

Xaçmaz rayon sakinləri Ziyəddin Qurbanovun və Zakir Usmanovun idarə etdiyi “VAZ” markalı avtomobillər toqquşub. Zakir Usmanov və 2 sərnişini xəstəxanaya yerləşdirilib. Xəstəxanada Zakir Usmanova tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...