4 Sentyabr 2015 22:16
1 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yetkinlik yaşına çatmayan Seymur Əliyevin (ad və soy ad şərti göstərilib) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Seymur Əliyev Bakının kəndlərindən birində 10 yaşlı Samirə ilə cinsi əlaqədə olub. 10 yaşlı qızın valideynləri hadisədən xəbər tutub və hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Hüquq-mühafizə orqanlarında aparılan araşdırmalardan sonra Seymur Əliyevin barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. Amma Seymur Əliyevin barəsində həbs qəti imkan yox, başqa yerə getməmək barədə polis nəzarəti altında saxlama qəti imkan tədbiri seçilib.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən qapalı məhkəmə iclasında azyaşlının ailə üzvləri Seymur Əliyevin barəsində həbs qəti imkan tədbirinin seçilməsi barədə vəsatət veriblər. Hakimlər vəsatəti təmin ediblər və Seymur Əliyevin barəsində həbs qəti imkan tədbiri seçiblər. O, məhkəmə zalından həbs edilib.
Hakimlər məhkəmə araşdırmasını sentyabrın 10-na təyin ediblər.

Hacı Zeynalov


Müəllif: