8 Sentyabr 2015 17:37
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Fuad-ltd” MMC-nin rəhbəri Qasım Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Qasım Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Qasım Məmmədov Xırdalan şəhərində, 28-ci məhəllədə tikilməkdə olan binadan vətəndaşlara ev sataraq onların pullarını mənimsəyib. O, 400-dən çox vətəndaşa qarşı dələduzluq edib.

Hacı Zeynalov


Müəllif: