Bakıda soyğunçuluq hadisəsi qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, sentyabrın 7-də saat 16:30 radələrində “Laçın” mağazasında qızıl satışı şöbəsində Nərminə Cəlilovanın bir cüt qızıl sırğası soyğunçuluq yolu ilə talanıb.
Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunan, 1972-ci il təvəllüdlü Zahid Tofiq oğlu Qarayev tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov