10 Sentyabr 2015 14:09
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonu ərazisində mənzilə basqın edilib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində, yataqxanalardan birində yaşayan Minzilə Zakiyevanın mənzilinə maskalı olan kişi girib.

Həmin şəxs Minzilə Zakiyevanı bıçaqla hədələyərək 200 manat pulunu alıb və hadisə yerini tərk edib. Qadın evinə basqın edilməsi ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Ruslan Juravel tutulub.

Hacı Zeynalov


Müəllif: