11 Sentyabr 2015 20:33
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Tahir Ağayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Tahir Ağayev ötən il oktyabrın 19-da soyğunçuluq yolu ilə Nabat Xalıqovanın 100 manatını və məişət əşyasını alıb.

O, bu il yanvarın 7-də isə Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Ələviyyə Qurbanovaya zor tətbiq edib. Tahir Ağayev onun 50 manat və 100 ABŞ dollarını, habelə mobil telefonunu və sənədini alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tahir Ağayev 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Tahir Ağayev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Apelyasiya instansiyasında işə baxan hakim heyəti Tahir Ağayevin apelyasiya şikayəti təmin edib və onun cəzası 6 il 9 aydan 4 il 6 aya endirilib.

Hacı Zeynalov


Müəllif: