18 Sentyabr 2015 09:04
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda güclü yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 80 kv.m olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb.

Yanğın zamanı binada yaşayan 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunmuşdur. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: