23 Sentyabr 2015 13:43
2 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunun Köçərli kəndində qətl hadisəsi baş verib.

Daxili İşlər nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Əzizə Zeynalovanın həyətində, nəvəsi Fərid Zeynalov münaqişə zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Ağdam rayon sakini Tofiqə Qurbanovanı boğub.

Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fərid Zeynalov tutulub.

Qeyd edək ki, 29 yaşlı Fərid Zeynalov bir neçə gün əvvəl evlənmək məqsədi ilə qaçırdığı 19 yaşlı Tofiqə Qurbanovanı öldürüb. İlkin məlumatlara görə, Fərid Zeynalov ailəli olub və qaçırdığı Tofiqə Qurbanovanı birinci həyat yoldaşı ilə yaşadığı evə gətirib.

Onlar bir yerdə yaşayıblar. Bu gün isə qadınlar arasında mübahisə düşüb. Mübahisə davaya çevrilib. Bu zaman Fərid Qurbanov qaçırdığı qızı boğaraq öldürüb.

Hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər